26 Yanvar 2020 13:28
931
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Mançester Yunayted" rəhbərliyi komandanın baş məşqçisi Ole-Qunnar Sulşeri istefaya göndərə bilər.

Teleqraf.com xəbər verir ki, "qırmızı şeytanlar"ın göstərdiyi nəticələr yaxşılaşmasa, 46 yaşlı baş məşqçinin işinə son veriləcək. Klub rəhbərliyi norveçli çalışdırıcının əvəzləyicisi kimi isə hazırda İngiltərə millisinə baş məşqçilik edən Qaret Satqeyti görür. Lakin Satqeytin bu vəzifəyə təyin edilməsi yalnız "Avro-2020"-dən sonra mümkündür.

Qeyd edək ki, "MY" Premyer Liqanın turnir cədvəlində 34 xalla 5-ci yeri tutur. Komanda son 4 qarşılaşmanın 3-də məğlub olub, 1-dən qələbə ilə ayrılıb.


Müəllif: Teleqraf.com