29 Yanvar 2020 00:58
1 140
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda keçirilən Mini Futbol Liqasında (MFL) dava düşüb.

Teleqraf.com xəbər verir ki, hadisə “Dənizkənarı Bulvar İdarəsi” komandalarının oyununda baş verib.

“Dənizkənarı Bulvar İdarəsi” komandasının oyunçusu Oqtay Alxasov iki sarı, ardınca isə qırmızı vərəqə aldığı üçün oyundan kənarlaşdırılıb. Matç başa çatdıqdan sonra Oqtay Alxasov meydana daxil olaraq oyunun hakimi Hacıəli Ağayevi vurub, ona ciddi xəsarətlər yetirib. Baş verən insidentdə “Dənizkənarı Bulvar İdarəsi” komandasından Ceyhun İmaməli də iştirak edib.

Həmin anın videosunu təqdim edirik:


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər