7 Fevral 2020 14:38
1 588
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin “Qalatasaray” futbol klubunun oyunçusu Jesse Sekidikanın Azərbaycanın “Neftçi” klubu tərəfindən yoxlanıldığı, amma bəyənilmədiyi ortaya çıxıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə mediasında məlumat yayılıb.

Sekidikanın keçmiş klubu “Eskişehirspor”a transferindən əvvəl Azərbaycan klubuna təklif olunduğu, məşqlərə qatıldığı, amma komandanın texniki heyəti tərəfindən bəyənilmədiyi bildirilib.

Oyunçunun “Eskişehirspor”dan “Qalatasaray”a transferindən sonra “Neftçi” mütəxəssislərinin “Biz Jesse Sekidikada nəyi görmədik?, “Qalatasaray” kimi bir klub transfer etdi, biz niyə bəyənmədik?” sualları türk komandasında şok effekti yaradıb.

“Eskişehirspor”un prezidenti Mustafa Akgörən isə Sekidikanın borclarını ödəyə bilmədiyi üçün “Qalatasaray”a getdiyini deyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər