23 Fevral 2020 18:15
1 208
12 Punto 14 Punto 16 Punto 18 Punto

Futbol üzrə Azərbaycan Premyer Liqasında XVIII turun daha bir oyunu keçirilib.

Teleqraf.com-un məlumatına görə, "Sabah" evdə "Səbail"i qəbul edib.

"Bank Respublika arena"da keçirilən görüş qolsuz başa çatıb. Matçın 15-ci dəqiqəsində meydan sahiblərinin heyətində moldovalı yarımmüdafiəçi Yevgeni Koçuk qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub. 88-ci dəqiqədə "Sabah"ın yeni transferi Ramil Şeydayev meydana daxil olaraq təqribən 1,5 illik fasilədən sonra yenidən Azərbaycan Premyer Liqasında debüt edib.

Bu nəticədən sonra xallarını 20-yə çatdıran "Sabah" 6-cı pillədəki mövqeyini qoruyub. "Səbail" isə 19 xalla 7-ci sırada qalıb.

Tura bu gün keçiriləcək "Qarabağ" - "Sumqayıt" oyunu ilə yekun vurulacaq.

Qeyd edək ki, ilk oyun günündə "Neftçi" səfərdə "Qəbələ"ni 2:0, "Keşlə" isə evdə "Zirə"ni 4:0 hesabı ilə məğlub edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər