“Yuventus”un hücumçuları Kriştiano Ronaldo və Paulo Dibala komandalarının yarımmüdafiə xəttini tənqid ediblər.
Teleqraf.com xəbər verir ki, onlar komanda yoldaşlarının Çempionlar Liqasının 1/8 final mərhələsində “Lion”a qarşı oyundakı (0:1) fəaliyyətlərindən narazı qalıblar.
Qeyd edilir ki, hər iki oyunçu ikinci hissədə meydana çıxanda tuneldə öz aralarında dialoq aparıblar. Bu isə kameraya düşüb. Ronaldo və Dibala yarımmüdafiəçilərin onları lazımi şəkildə topla təmin etmədiyini bildiriblər.