7 Mart 2020 01:36
883
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qvineyada “Etual dyu Gine” futbol komandasının avtobusunun düşdüyü yol qəzasında doqquz nəfər, o cümlədən “Liverpul”un yarımmüdafiəçisi Nabi Keytin əmisi oğlu Almami Keyt həlak olub.

Bu barədə “France Football” məlumat yayıb.

“Etual dyu Gine”nin oyunçuları növbəti oyun üçün Kankana yollanarkən qəza baş verib.

Hüquq mühafizə orqanları qəzanın səbəbini avtobusun sürət həddini aşaraq ağaca çırpılmasında görüblər.

Qəzada həmçinin 19 nəfər xəsarət alıb ki, onlardan da 17-si ağır travmalarla xəstəxanadadır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər