Rusiyalı UFC çempionu Həbib Nurməhəmmədov irlandiyalı döyüşçü Konor Makqreqorla revanş döyüşünə yalnız bir şərtlə razı olduğunu deyib.
Teleqraf.com xəbər verir ki, Həbibin meneceri Əli Abdel-Əziz “BJ Penn”ə açıqlamasında deyib ki, Həbib Toni Ferqyusonu, Konor isə Castin Getjini məğlub edə bilsə, onlar revanş döyüşünə çıxa bilərlər.
Xatırladaq ki, Həbiblə Ferqyuson arasında döyüş aprelin 18-nə planlaşdırılıb. Getji isə Makqreqoru döyüşə çağırsa da, hələlik ondan cavab gəlməyib.