UEFA koronavirus epidemiyası ilə əlaqədar video-konfrans təşkil edəcək.
Teleqraf.com xəbər verir ki, martın 17-də keçiriləcək tədbirə quruma üzv olan 55 milli assosiasiyanın rəsmiləri, Avropa Klublar Assosiasiyası və Beynəlxalq Peşəkar Futbolçular Federasiyasının nümayəndələri dəvət ediləcək.
Görüşdə həm daxili, həm də qitəmiqyaslı turnirlərin taleyi müzakirə olunacaq. Tədbirdə Avro-2020-nin, həmçinin Çempionlar Liqası və Avropa Liqası ilə bağlı müzakirələr aparılacaq. İclasdan sonra turnirlərin təxirə salınıb-salınmaması haqqında qərar veriləcək.