“Yuventus”un futbolçusu Qonsalo İquain karantindən qaçıb, Argentinaya getməyə çalışıb.
Teleqraf.com xəbər verir ki, bu ölkədə geniş yayılan koronavirus epidemiyasına görə argentinalı hücumçu vətəninə qayıtmağa cəhd edib.
Ancaq 32 yaşlı forvardı hava limanında polis saxlayıb və onun səfəri baş tutmayıb.
Xatıradaq ki, artıq İtaliyada koronavirus epidemiyasından minlərlə insan ölüb. “Yuventus”un futbolçuları Daniele Ruqani və Blez Matyuidi də bu virusa yoluxub.