"Yuventus” futbol komandasının hücumçusu Kriştianu Ronaldo Turinə gedib.
Teleqraf.com xəbər verir ki, 35 yaşlı portuqal futbolçunun şəxsi “Gulfstream G200 Galaxy” təyyarəsi bu axşam Turində yerə enib.
Ronaldo iki həftə karantində olmalıdır. O, bundan sonra komanda ilə məşqlərə başlaya biləcək.
Xatırladaq ki, Ronaldo insult keçirmiş anasına baş çəkmək üçün martda İtaliyanı tərk edib. Sonra oyunçu koronavirus pandemiyasına görə tətbiq edilmiş karantin səbəbindən ailəsi ilə birlikdə Madeyra adasında qalıb.