2 İyun 2020 19:45
1 003
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın “Karpatı” klubunun 11 futbolçusu koronavirusa yoluxub.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb. 11-i əsas komandanın futbolçusu olmaqla, ümumilikdə 26 nəfərin virusa yoluxduğu bildirib. Ümumilikdə isə 65 nəfər testdən keçib.

Klubun rəsmi saytı "Karpatı"nın 14 günlük karantinə alındığını açıqlayıb.

Qeyd edək ki, Ukrayna Premyer Liqasında mayın 31-də keçirilməli olan “Karpatı” – “Mariupol” matçı təxirə salınmışdı.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər