Rəşad Sadıqov milliyə dəvət olunub.
Teleqraf.com-un ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, “Qarabağ” klubunun üzvü Rəşad Sadıqov Azərbaycan milli komandasının heyətinə dəvət edilib.
Hazırda zədəli olan futbolçu milli komandanın tibbi personalı tərəfindən müayinə olunacaq və buna əsasən, millimizin oktyabrın 10-da İtaliya, 13-də isə Xorvatiya yığması ilə keçirəcəyi oyunda oynayıb-oynamayacağı barədə qərar veriləcək.