"Qarabağ" klubunun kapitanı Rəşad Sadıqov karyerasını başa vurub.
Teleqraf.com xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Qurban Qurbanov məlumat verib. O, Sadıqovun məşqçi kimi klubda qalıb-qalmayacağı ilə bağlı dəqiq cavab verə bilməyəcəyini qeyd edib.
Qeyd edək ki, peşəkar futbolçu karyerasına 2000-ci ildə "Turan"da başlayan 38 yaşlı müdafiəçi “Neftçi”, “Fulad” (İran), “Kayserispor”, “Kocaelispor”, “Eskişehirspor” (hamısı Türkiyə) da oynayıb. O, 2009-2010-cu illər və 2011-ci ildən indiyə kimi "Qarabağ"da çıxış edirdi.