"Qarabağ" klubunun sabiq futbolçusu Muarem Muarem Azərbaycana dəstək olub.
Teleqraf.com xəbər verir ki, 31 yaşlı makedoniyalı yarımmüdafiəçi cəbhə bölgəsində baş verən hadisələrlə bağlı paylaşım edib.
4 qat Azərbaycan çempionu olan oyunçu sosial şəbəkədə "Başın sağ olsun, Azərbaycan" həştəqini və üzərində "Qarabağ - Azərbaycandır!" yazılan fotonu paylaşıb.
Qeyd edək ki, Muarem Muarem son olaraq ölkəsinin "Şkupi" komandasında çıxış edib. O, 2012 - 2015-ci illərdə və 2016/2017 mövsümündə Ağdam təmsilçisinin formasını geyinib.