İspaniya çempionu Real Madrid-in hücumçusu Mariano Diasda koronaviurusun olduğu aşkarlanıb.
Teleqraf.com-un məlumatına görə, dominikanlı futbolçu ev şəraitində karantinə alınıb və məşqlərdən uzaqlaşdırılıb. Onun çempionlar liqasının görüşündə iştirak etməyəcəyi dəqiqdir.
UEFA artıq məsələyə rəsmi münasibət də bildirib. Qitənin ali futbol qurumu daim kral klubu ilə əlaqədə olduğunu və vəziyyəti nəzarətində saxladığını açıqlayıb. UEFA bu yoluxma halının görüşün keçiriləmnəsinə təsir etməyəciyini bildirib.
Qeyd edək ki, Mançester Siti – Real Madrid görüşü avqustun 7-ə təyin edilib.