Rusiya millisinin sabiq kapitanı Roman Şirokov həvəskar komandaların oyunu zamanı baş hakim Nikita Dançenkovu döyüb.
Teleqraf.com xəbər verir ki, hakim veteran yarımmüdafiəçinin zərbəsindən yerə yıxılıb. Daha sonra Dançenkova tibbi yardım göstərilib.
Hadisəni şərh edən hakim ciddi xəsarət almadığını söyləyib.
Qeyd edək ki, karyerası ərzində 56 dəfə Rusiya millisinin formasını geyinmiş Roman Şirokov ölkəsinin MOİK, "Rubin", "Krasnodar" və "Spartak" (Moskva) kimi klublarında çıxış edib.