11 Oktyabr 2014 09:51
1 405
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Avro-2016"nın seçmə mərhələsinin II turunda Çexiya ilə qarşılaşan Türkiyə millisi yenə azarkeşlərini sevindirə bilməyib.

Türkiyə millisinin baş məşqçisi öz meydanlarında çexlərlə gərgin mübarizə apardıqlarını bildirib.

1:2 hesablı məğlubiyyətdən sonra mətbuata açıqlama verən Fatih Terim oyunun asan keçmədiyini, oyunçuların əllərindən gələni etdiklərini söyləyib.

“Məyusuq, çox məyusuq. İslandiya matçında nə qədər pis oynamışdıqsa, bu oyunda o qədər yaxşı oynadıq. İlk hissədə 5-6 qol fürsəti əldə etsək də, bunu dəyərləndirə bilmədik.” – deyə F.Terim etiraf edib.

Turnirə məğlubiyyətlə başladıqlarını qeyd edən baş məşqçi, növbəti oyunda səhvlərin aradan qaldırılmasına çalışacaqlarını bildirib./anspress/


Müəllif:

Oxşar xəbərlər