Millimizin futbolçusu Araz Abdullayev karyerasını Türkiyədə davam etdirməyə yaxındır.
Teleqraf.com xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi ölkənin birinci liqa təmsilçisi "Boluspor"la razılığa gəlib. Razılığa əsasən, onunla 1+1 illik müqavilə imzalanacaq.
Qeyd edək ki, A.Abdullayevin son klubu "Qarabağ" olub. O, ötən mövsümün sonu Ağdam təmsilçisindən ayrılıb.