İtaliya millisinin əfsanəvi qapıçısı Canluici Buffon Avropa çempionatları tarixində ən çox oyun keçirməklə rekorda imza atıb.
Teleqraf.com xəbər verir ki, məşhur qapıçı Avro-2016 çərçivəsində Maltaya qarşı keçirilən matça çıxmaqla bu rekordu yeniləyib.
Xatırladaq ki, 36 yaşlı qapıçı karyerası ərzində 48 dəfə Avropanın ən nüfuzlu turniri sayılan Çempionlar Liqasında iştirak edib.