İtaliya milli futbol komandasının baş məşqçisi Roberto Mançininin koronavirusla bağlı verdiyi testin nəticəsi pozitiv çıxıb.
Teleqraf.com-un məlumatına görə, bu barədə İtaliya Futbol Federasiyası bildirib.
55 yaşlı mütəxəssisin xəstəliyi simptomsuz keçir, məşqçi özünü təcrid etdi.
Qeyd edək ki, Roberto Mançini keçmişdə tanınmış futbolçu olub və hazırda məşqçidir.