12 Noyabr 2020 01:35
820
12 Punto 14 Punto 16 Punto 18 Punto

Futbol üzrə Sloveniya və Azərbaycan milli komandaları arasında yoldaşlıq oyununa start verilib.

Teleqraf.com xəbər verir ki, Lyublyana şəhərindəki “Stojitse” stadionunda təşkil olunmuş qarşılaşma qolsuz bərabərliklə yekunlaşıb - 0:0. Bu, 64 yaşlı mütəxəssisin rəhbərliyi altında ilk yoldaşlıq matçı olub.

De Byazi əsasən gənclərdən və daha az təcrübəyə malik futbolçulardan ibarət heyətə güvənib. Görüş yığmanın heyətindəki üç oyunçu üçün əlamətdarlığı ilə yadda qalıb.

55-ci dəqiqədə "Qarabağ" klubundakı komanda yoldaşı Mahir Emrelinin yerinə meydana daxil olan Musa Qurbanlı yığmada ilk oyununa çıxıb.

Start heyətdə meydanda olan və ikinci hissədə əvəzlənən Təmkin Xəlilzadə millidə 20-ci, ikinci hissədə oyuna daxil olan Rahil Məmmədov isə 10-cu qarşılaşmasını keçirib.

Qeyd edək ki, Azərbaycan yığması noyabrın 14-də Millətlər Liqasının V turunda Xorvatiyanın Zapreşiç şəhərindəki “Ivan Laljak-Iviç” stadionunda Monteneqronu qəbul edəcək. Komanda 3 gün sonra qrupdakı sonuncu oyununda Lüksemburqun qonağı olacaq. Milli ölkədəki hərbi vəziyyətlə əlaqədar ev oyunlarını səfərdə keçirir


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər