Bu gün UEFA Millətlər Liqasında V tura start veriləcək.
Teleqraf.com-un məlumatına görə, ilk oyun günündə A,C və D Liqalarında 9 qarşılaşma keçiriləcək.
A Liqasının 3-cü qrupunun liderlərindən Portuqaliya Fransanı qəbul edəcək. Sona iki tur qalmış hər iki komandanın 10 xalı var. Qrupun digər görüşündə İsveç Xorvatiyanı qəbul edəcək.
4-cü qrupda Almaniya Ukrayna ilə, İsveçrə isə İspaniya ilə qarşılaşacaq. Burada demək olar ki, İsveçrədən başqa digər komandaların qrup qalibi olması realdır.
D Liqasında Farer adaları səfərdə Latviyanı məğlub edəcəyi təqdirdə C Liqasına vəsiqəni təmin edəcək. 1-ci qrupda Malta - Andorra görüşü də baş tutacaq.
UEFA Millətlər Liqası
V tur
A liqası
3-cü qrup
23:45. Portuqaliya - Fransa
23:45. İsveç - Xorvatiya
Xal durumu: Portuqaliya - 10, Fransa - 10, Xorvatiya - 3, İsveç - 0.
4-cü qrup
23:45. Almaniya - Ukrayna
23:45. İsveçrə - İspaniya
Xal durumu: İspaniya - 7, Almaniya - 6, Ukrayna - 6, İsveçrə - 2
C Liqası
1-ci qrup
21:00. Azərbaycan - Monteneqro
21: Kipr - Lüksemburq
Xal durumu: Lüksemburq - 9, Monteneqro - 9, Azərbaycan - 4, Kipr - 1.
D Liqası
1-ci qrup
18:00. Malta - Andorra
21:00. Latviya - Farer adaları
Xal durumu: Farer adaları - 10, Malta - 5, Latviya - 3, Andorra - 2.
2-ci qrup
18:00. San Marino - Cəbəllütariq
Xal durumu: Cəbəllütariq - 6, Lixtenşteyn - 4, San Marino - 1.