30 Noyabr 2020 00:27
656
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dieqo Maradonanın həkimi Leopoldo Luke özünü idmançının ölümündə günahkar hesab etmir.

Teleqraf.com xəbər verir ki, o, Maradonanın sağalması üçün "bacardığımız hər şeyi etdik”, - deyə bildirib.

Həkim vurğulayıb ki, hadisənin araşdırılması üçün istintaqla əməkdaşlıq etməyə hazırdır. "Mən hesab etmirəm ki, bunda kimsə təqsirkardır", - Leopoldo Luke əlavə edib.

Lukenin sözlərinə görə, Maradonanın evindəki tibb işçiləri onun alkoqoldan asılılığını müalicə ediblər. "Onların vəzifələrinə Maradonanın həbləri qəbul etməsi və spirtli içkidən istifadə etməməsinə nəzarət daxil idi, ürəktutmanın qarşısının alınması yox", - həkim deyib.

Luke həmçinin qeyd edib ki, sabiq futbolçunun noyabrın 3-dəki beyin əməliyyatı onun ölümü ilə qətiyyən əlaqəli deyil. Həkim eləcə də Maradonanın xəstəxanadan vaxtından əvvəl buraxılması iddiası ilə də razılaşmayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər