4 Dekabr 2020 21:26
606
12 Punto 14 Punto 16 Punto 18 Punto

İspaniyanın "Barselona" klubu ciddi maliyyə problemi ilə üzləşib.

Teleqraf.com-un məlumatına görə, bu barədə Kataloniya təmsilçisində prezident vəzifəsini müvəqqəti icra edən Karles Tusqets "Rac 1" telekanalına müsahibəsində deyib.

Klub rəsmisi vəziyyətdən çıxış yolu kimi Lionel Messinin satılmasının tərəfdarı olduğunu bildirib: "Amma bunun üçün məşqçilər heyəti ilə danışmaq lazımdır. Bu mövsüm üçün problem həll olunub. Oyunçular yanvar ayının maaşlarını almayacaqlar. Amma hazırda xərclərimiz inanılmaz dərəcədə çoxdur. Olduqca qorxulu mənzərə ilə üz-üzəyik. Lakin stadionlar açıldıqdan sonra vəziyyəti düzəldə bilərik".

Tusqets Fransanın PSJ komandasında çıxış edən Neymarın yenidən transfer edilməsi məsələsinə də toxunub: "Bu keçid yalnız havayı olarsa, baş tuta bilər. Ya da ki, yeni prezidentin sehrli çubuğu olmalıdır".

Qeyd edək ki, "Barselona"da prezident seçkiləri 2021-ci il yanvarın 24-də keçiriləcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər