“Heyfislənirəm ki, Nurlan İbrahimov haqqında sərt qərar verildi. Onun klubdan gedişinə üzüldüm”.
Teleqraf.com xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
O bildirib ki, Nurlan daim “Qarabağ”ın üzvü olacaq: “Biz daim onun yanındayıq. Amma nə edək ki, biz bu qurumun bayrağı altında çıxış edirik. Biz daim ehiyatlı olmalıyıq. Nurlan bizim üçün dəyərlidir”.