AFFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilib.
Teleqraf.com xəbər verir ki, “Zirə”yə qarşı oyunda “təcavüzkar davranış”a görə birbaşa qırmızı vərəqə alan "Qəbələ"nin futbolçusu Merab Giqauri 3 oyunluq cəzalanıb.
Klub isə 2 min 400 manat məbləğində cərimə ödəməli olacaq.
“Zirə”nin 4 futbolçusu həmin görüşdə sarı vərəqə aldığı üçün 800 manat cərimələnib.
Komitə "Səbail"ə də eyni cəriməni tətbiq edib. Komandanın 4 futbolçusu "Neftçi"yə 0:4 hesabı ilə uduzduqları qarşılaşmada sarı vərəqə görüb.