"Formula 1" üzrə dünya çempionatının təqviminə daha bir Qran-pri əlavə edilib.
Teleqraf.com yarışın rəsmi saytına istinadən xəbər verir ki, 2021-ci ildə Portuqaliyada da yarış gerçəkləşəcək.
Portiman şəhərindəki Qran-pri 30 aprel - 2 mayda təşkil olunacaq.
Qeyd edək ki, "Formula 1"də 2021 mövsümü 26 - 28 martda Bəhreyn Qran-prisi ilə start götürəcək. Azərbaycan Qran-prisi 4 - 6 iyunda gerçəkləşməlidir.