İtaliyanın "İnter" və İspaniyanın "Atletiko" (Madrid) klubları Avropa Super Liqasından ayrıldıqlarını açıqlayıb.
"Teleqraf.com xəbər verir ki, bu barədə hər iki klubun rəsmi saytı məlumat yayıb.
Qeyd edək ki, daha əvvəl İngiltərənin "Liverpul", "Arsenal", "Mançester Yunayted", "Tottenhem", "Mançester Siti" və "Çelsi" klubları Superliqanı tərk edib.
İspaniyanın "Real Madrid", "Barselona", İtaliyanın isə "Yuventus" və "Milan" klubları yarışdan imtina etdiklərini açıqlamayıb.