2 May 2021 15:13
354
12 Punto 14 Punto 16 Punto 18 Punto

Soçidə keçirilən batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə Avropa çempionatında gənclər arasında çıxış edən Hüseyn Abbasov və Maqsud Mahsudovdan ibarət sinxron cütlük fəxri kürsünün ikinci pilləsinə yüksəlib.

Teleqraf.com-un məlumatına görə, bununla da yığma komandamızın hesabına qitə birinciliyinin 2-ci medalı yazılıb.

Daha öncə Hüseyn Əsədullayev, Bilal Qurbanov, Adil Hacızadə və Tofiq Əliyevdən ibarət millimiz tamblinq yarışında üçüncü pilləyə layiq görülüb.


Müəllif: Teleqraf.com