2 May 2021 20:44
427
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Formula 1” çempionatının növbəti mərhələsi Portuqaliyada baş tutub.

Teleqraf.com xəbər verir ki, “Alqarve” avtodromunda baş tutan sayca üçüncü mərhələnin qalibi “Mercedes” pilotu Luis Hamilton olub.

Yarışmada ikinci pilləni “Red Bull” komandasından Maks Ferstappen tutub. Finişə üçüncü çatan isə onun komanda yoldaşı Valtteri Bottas olub.

Qeyd edək ki, hazırda hesabında 69 xal olan Hamilton yarış cədvəlinə başçılıq edir. Trasın ötənilki qalibi də məhz o olub.


Müəllif: Teleqraf.com