3 Noyabr 2014 06:15
941
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bizim Avropa Liqasının qrup mərhələsində planlarımız var”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Dnepr”in müdafiəçisi Artyom Fedeskiy deyib.

Dnepropetrovsk təmsilçisinin futbolçusu ötən gün Ukrayna Premyer Liqasında XI turunda evdə Kiyev “Dinamo”suna 0:3 hesabı ilə məğlub olmalarından danışıb.

29 yaşlı oyunçu Avropa Liqasının qrup mərhələsinin IV turunda Bakıda “Qarabağ”la oyunun çətin olacağını bildirib: “Qarabağ”la matçda qələbəyə oynayacağıq. Əgər biz qrup mərhələsinin öhdəsindən gəlmək istəyiriksə, “Qarabağ”a qalib gəlmək lazımdır. Bundan sonra bizim “Şaxtyor”la matçımız olacaq. Anlayırıq ki, indi bizi nələr gözləyir. Sonra mübarizə aparmaq gərəkdir. Futbolda heç kim uduzmağı sevmir, amma bu, bizim peşəmizdir. Bu gün qalib gəlirsən, sabah isə uduzursan”.

Qeyd edək ki, “Dnepr” Avropa Liqasının qrup mərhələsinin IV turunda Bakıda “Qarabağ”ın qonağı olacaq. Qarşılaşma saat 22:00-da başlayacaq.


Müəllif:

Oxşar xəbərlər