"Formula 2" üzrə Azərbaycan Qran-prisində son - əsas yarış başa çatıb.
Teleqraf.com xəbər verir ki,"Hitech Grand Prix" komandasının üzvü Yuri Vips bütün rəqiblərini geridə qoyaraq qalib olub.
"Prema Racing" komandasının təmsilçisi Oskar Piastri ikinci, onun komanda yoldaşı Robert Şvartsman isə üçüncü yeri tutub.
Xatırladaq ki, saat 14:10-da "Formula 1"də pilotların paradı başlayacaq, ardınca açılış mərasimi gerçəkləşəcək və Azərbaycan Respublikasının Dövlət Himni səslənəcək. Saat 16:00-da "Formula 1"də əsas yarışa start veriləcək və yekunda qalib müəyyənləşəcək.