Azərbaycan millisinin futbolçusu Mahir Emreli "Qarabağ" klubu ilə vidalaşıb.
Teleqraf.com-un məlumatına görə, 24 yaşlı hücumçu bu barədə feysbuk hesabında paylaşım edib.
Qeyd edək ki, Mahir Emrelinin tezliklə Polşanın "Legiya" klubu ilə müqavilə imzalayacağı gözlənilir. Sözləşmə müddəti sonradan daha 1 il uzadıla bilməsi şərti ilə üç il olacaq. Forvard 2015-ci ildən "Qarabağ"ın formasını geyinib. Onun Ağdam təmsilçisi ilə müqaviləsi başa çatıb. Hücumçu Premyer Liqada ötən mövsüm 18 qolla bombardirlik yarışında ikinci olub.