12 İyun 2021 01:16
533
12 Punto 14 Punto 16 Punto 18 Punto

Futbol üzrə Avropa çempionatına start verilib.

Teleqraf.com-un məlumatına görə, açılış oyununda İtaliya və Türkiyə milli komandaları üz-üzə gəlib. Romadakı "Olimpiko" stadionunda keçirilmiş görüş meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 3:0.

Niderlandlı referi Denni Makkelinin idarə etdiyi qarşılaşmanın ilk yarısında hesab açılmayıb. Bununla belə, aşkar üstünlüyə malik İtaliya millisi 53-cü dəqiqədə fərqlənməyə müvəffəq olub. Növbəti hücumdan sonra Türkiyə yığmasının futbolçusu Merih Demiral topu öz qapsına göndərib.

66-cı dəqiqədə Çiro İmmobile, 79-cu dəqiqədə isə Lorentso İnsinye fərqlənərək, yekun nəticəni müəyyənləşdirib.

Qeyd edək ki, A qrupunda ilk turun digər oyunu iyunun 12-də Bakı Olimpiya Stadionunda Uels və İsveçrə milliləri arasında olacaq. Görüş saat 17:00-da başlanacaq.

23:11

Türkiyə və İtaliya yığmaları arasında futbol üzrə Avropa çempionatının açılış matçı start götürüb.

Teleqraf.com-un məlumatına görə, Romadakı "Olimpiko" stadionunda keçirilən görüşü Niderland Futbol İttifaqından Denni Makkeli idarə edir.

Qeyd edək ki, "ay-ulduzlular" A qrupundakı son iki matçını Bakıda keçirəcək. Bakı Olimpiya Stadionu İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər