15 İyun 2021 00:39
437
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Çempionlar Liqasında I təsnifat mərhələsinin püşkü atılacaq.

Teleqraf.com xəbər verir ki, püşkatmadan öncə “Neftçi”nin potensial rəqibləri 4-ə enib.

Səpələnməmişlər sırasında yer alacaq bakılılar birinci mərhələdə “Lüdoqorets” (Bolqarıstan), “Şerif” (Moldova), “Dinamo” (Tbilisi, Gürcüstan) və ya “Kayrat”a (Qazaxıstan) rəqib olacaq.

Qeyd edək ki, İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatma mərasimi Bakı vaxtı ilə saat 14:00-da başlayacaq. İyunun 16-da isə “Neftçi”nin II təsnifat mərhələsindəki mümkün rəqibləri bəlli olacaq. I raundun ilk oyunları iyulun 6-7-də, cavab görüşləri 13-14-də baş tutacaq.


Müəllif: Teleqraf.com