30 İyun 2021 19:27
423
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çexiya millisinin kapitanı Vladimir Darida zədəsini sağaldıb.

Teleqraf.com xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi Avropa çempionatının 1/4 final mərhələsində Bakıda Danimarka seçməsinə qarşı oyunda iştirak edə biləcək.

Almaniyanın "Herta" klubundan yığmaya cəlb edilmiş oyunçu artıq komanda ilə məşqlərə qayıdıb.

Daridadan başqa cinah müdafiəçisi Yan Borjil də növbəti görüşdə meydanda olacaq. Hər iki futbolçu Niderlandı 2:0 hesabı ilə məğlub etdikləri 1/8 final matçını buraxıb. Darida zədə səbəbindən, Borjil isə sarı vərəqə limitini doldurduğu üçün komandasına kömək edə bilməyib.

Qeyd edək ki, iyulun 3-də Bakı Olimpiya Stadionunda keçiriləcək Çexiya - Danimarka oyunu saat 20:00-da başlayacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər