11 İyul 2021 11:07
456
12 Punto 14 Punto 16 Punto 18 Punto

"28 ildir sahmatla məşğul oluram. Hər zaman tarixin ən sevdiyim şahmatçısı Kasparov olub. Onun oyunları inanılmaz olub".

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Xorvatiyanın paytaxtı Zaqrebdə "Grand Chess Tour”un blits yarışının 6-cı turunda 13-cü dünya çempionu Harri Kasparovu cəmi 7 gedişə məğlub etməsini “Feysbuk” hesabında şərh edərkən deyib.

28 ildir hər zaman Kasparovla oyunu gözlədiyini bildirən 36 yaşlı qrossmeyster cəmi 7 gedişə qalib gəlməsinin hər 4 ilə 1 gediş anlamı verdiyini vurğulayıb: "Siz hələ də dostunuzla şahmat oynayanda bir az tez oyna deyirsiniz? Sizləri cox sevirəm, dəstəyiniz ücün. O, bir dahi şahmatçıdır. Biz isə tarixin bir parçasıyıq".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər