İsrailin paytaxtı Təl-Əvivdə keçirilən bədii gimnastika üzrə Qran Pridə Azərbaycan yığması növbəti medallarını qazanıb.
Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən Teleqraf.com-a bildirilib ki, qrup hərəkətləri komandası finalda hər 2 proqram üzrə bürünc medallar əldə edib. Eyni əyarlı 2 medala Arzu Cəlilova Qran Pri çərçivəsində baş tutmuş turnirdə yiyələnib.
Xatırladaq ki, 16 iyulda Azərbaycan komandası çoxnövçülükdə 87,600 bal toplayaraq üçüncü yeri tutub.