Çempionlar Liqasında qrup mərhələsinin II dövrəsinin növbəti oyunları keçirilib.
Teleqraf.com-un məlumatına görə, IV turun qarşılaşmaları çərçivəsində ötən gün azarkeşlər 8 qarşılaşma izləyiblər.
E qrupunda lider “Bavariya” “Alyans Arena”da “Roma”nı sınağa çəkib. Bu görüşdə növbəti mərhələyə keçmək üçün “canavarlar” Almaniyadan xalla qayıtmaq niyyətində idi. Lakin Münhen klubu rəqibini 2:0 hesabı ilə məğlub edərək, xalını 12-ə çıxarıb və 1/8 finala vəsiqə qazanıb.
Aktivində 2 xalı olan “Mançester Siti” autsayder MOİK-i qəbul edib. Moskvalılar 9 nəfərlə qalan “şəhərlilər”i məğlub etməyi bacarıb – 1:2.
PSJ evində APOEL-lə 1:0, “Barselona” səfərdə “Ayaks”ya 2:0 hesabı ilə qalib gəlib.
G qrupunun vahid lideri “Çelsi” səfərdə “Maribor”un müqaviməti ilə üzləşib. Hesabda geri düşən London klubu 73-cü dəqiqədə Matiçin qolu sayəsində 1 xal qazanmağı bacarıb.
“Sportinq” doğma publika önündə “Şalke” ilə üz-üzə gəlib. Lisaabonda keçən qarşılaşmada qapılara 6 qol vurulub və meydan sahibləri qələbəyə seviniblər – 4:2
“Porto” “Atletik”dən (2:0), “Şaxtyor” BATE-dən (5:0) güclü olub. Bununla da İspaniya təmsilçisi 1/8 finala çıxma şansını itirib.
Çempionlar Liqası
IV tur
E qrupu
“Bavariya” – “Roma” - 2:0
Qollar: Riberi, 38, Qötse, 64
“Mançester Siti” - MOİK - 1:2
Qollar: Ture, 8 - Doumbia, 2; 34
F qrupu
PSJ – APOEL - 1:0
Qol: Kavani, 1
“Ayaks” – “Barselona” - 0:2
Qollar: Messi, 36; 76
G qrupu
“Maribor” – “Çelsi” - 1:1
Qollar: İbraimi, 50 - Matiç, 73
“Sportinq” – “Şalke” - 4:2
Qollar: Sarr, 26, Cefferson, 52, Nani, 73, Slimani, 90+1 - Slimani, 17-avtoqol, Aoqo, 88
H qrupu
"Atletik” – “Porto” - 0:2
Qollar: Martines, 56, Brahimi, 73
“Şaxtyor” – BATE - 5:0
Qollar: Srna, 19, Aleks, 48, Adriano, 58-pen; 83, 90+3