Rusiyanın bədii gimnastları son 25 ilin olimpiya yarışlarında ilk dəfə qələbədən məhrum olublar.
Teleqraf.com xəbər verir ki, Tokio-2020 Yay Olimpiya Oyunlarında Rusiyanı bədii gimnastika üzrə yarışlarda Dina və Arina Averina əkiz bacıları təmsil edib.
Onlar fərdi yarışlarda qələbəyə yaxınlaşsalar da, finalı məğlubiyyətlə başa vurublar. Dina İsrail gimnastı Lina Aşrama, Arina isə Belarus təmsilçisi Alina Qarnaskoya uduzub.