İngiltərə Premyer Liqasında çıxış edən “Norviç” baş məşqçi Kris Hyutonu qovub.
Teleqraf.com xəbər verir ki, buna səbəb komandanın uğursuz çıxışıdı. “Norviç”in son turda öz meydançasında “Vest Bromviç”ə məğlub olması rəhbərliyin səbr kasasını daşırıb, nəticədə baş məşqçi ilə yollar ayrılıb.
Hələlik komandaya gənclər komandasının baş məşqçisi Hil Adams başçılıq edəcək.