"Real"ın hücumçusu Qaret Beylin zədəsi ciddidir.
Teleqraf.com xəbər verir ki, La Liqanın 4-cü turunda "Selta" ilə matç öncəsi məşqdə ağır zədə alan uelsli futblçu tibbi müayinədən keçib və onun 2 ay meydana çıxa bilməyəcəyi məlum olub.
Bu isə o deməkdir ki, Beyl "Real"ın qarşıdakı 12 oyununu buraxacaq.
Qeyd edək ki, Beyl "Real"a keçdikdən sonra artıq 24-cü dəfədir zədələnir.