12 Noyabr 2014 20:27
770
12 Punto 14 Punto 16 Punto 18 Punto

Argentina milli komandasının baş məşqçisi Xerard Martino futbolçu Lionel Messinin mövqeyində dəyişiklik etmək fikrindədir.

Belə ki, məşqçi ulduz futbolçunu sağ cinahda oynatmağa qərar verib.

Bu barədə X.Martino Xorvatiyaya qarşı yoldaşlıq oyunu öncəsi keçirilən mətbuat konfransında açıqlama verib.

O bildirib ki, komandada Messidən başqa, Serxio Aquero, Qonzalo İquain və Karlos Teves kimi hücumçuları var. Buna görə də, Martino bəzi hücumçuları başqa mövqelərdə oynadacağını bildirib:

"Messini sağ cinahda oynatmağa qərar vermişəm. Çünki futbolçuları öz klublarındakı mövqelərində oynatsaq, meydana eyni amplualı 4 hücumçu ilə çıxmalıyıq. Bəzi matçlarda dörd hücumçu ilə oynamaq çətindir".

Məlumat üçün bildirək ki, Argentina millisi bu gün Xorvatiya ilə qarşılaşacaq. Xerardo Martinonun komandası oktyabrın 18-də isə Portuqaliya millisi ilə yoldaşlıq matçı keçirəcək.


Müəllif:

Oxşar xəbərlər