Azərbaycanın bədii gimnastı Arzu Cəlilova İspaniyanın Barselona şəhərində keçirilmiş Kataloniya Kubokunda gümüş medal qazanıb.
Teleqraf.com xəbər verir ki, dünya çempionatının ikiqat mükafatçısı gürzlə hərəkətlərdəki çıxışına görə fəxri kürsünün 2-ci pilləsinə qalxıb.
İdmançı çoxnövçülük yarışında isə 85.200 xal toplayaraq dördüncü yeri tutub və medalın bir addımlığında dayanıb.
Qeyd edək ki, Arzu Cəlilova Kataloniya Gimnastika Federasiyasının dəvəti ilə Barselonadakı yarışa yollanmışdı.