21 Noyabr 2021 15:43
523
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dubayda keçirilən karate üzrə dünya çempionatının son günündə - noyabrın 21-də kumite üzrə komandamız bürünc medal uğrunda mübarizə aparacaq.

Teleqraf.com xəbər verir ki, Azərbaycan yığması Özbəkistan komandası ilə qarşılaşacaq.

Qeyd edək ki, dünya çempionatında 68 kiloqram çəki dərəcəsində mübarizə aparan təmsilçimiz İrina Zaretska qızıl medala layiq görülüb. Bununla da o, dünya çempionatının ikiqat qalibi titulunu qazanıb.

Daha bir idmançımız - Asiman Qurbanlı (+84 kq) isə turnirdə üçüncü yeri tutub.

Qeyd edək ki, Azərbaycan çempionata 17 karateçi ilə qatılıb.


Müəllif: Teleqraf.com