16 Noyabr 2014 08:33
1 030
12 Punto 14 Punto 16 Punto 18 Punto
Super ağır çəki dərəcəsində dünya çempionu, Kiyevin hazırkı meri Vitali Kliçkonun qardaşı

Vladimir Kliçko bolqar Kubrat Pulevi məğlub edərək WBA, WBO, IBF və IBO versiyaları üzrə dünya çempionu titulunu qoruyub.

Teleqraf.com-un “BBC”-yə istinadən verdiyi xəbərə görə, döyüş Hamburqun “O2 World Arena” səhnəsində 16 min tamaşaçının qarşısında baş tutub. Beş raund ərzində Kliçko Kubrat Pulevi 3 dəfə nokdaun vəziyyətinə salıb.

38 yaşlı Vladimir Kliçko karyerası ərzində 63 qələbə qazanıb. Kubrat Pulev isə Hamburqda ilk məğlubiyyətini yaşayıb.


Müəllif:

Oxşar xəbərlər