5 Dekabr 2021 20:49
549
12 Punto 14 Punto 16 Punto 18 Punto

Futbol üzrə Azərbaycan Premyer Liqasında XIII tura yekun vurulub.

Teleqraf.com xəbər verir ki, turun və günün sonuncu oyununda "Zirə" "Qəbələ"ni qəbul edib.

Qarşılaşma əyalət təmsilçisinin 2:1 hesablı qələbəsi ilə bitib. Görüşdə ilk qol 32-ci dəqiqədə qeydə alınıb. Urfan Abbasov qonaqları hesabda önə keçirib. 40-cı dəqiqədə Rövlan Muradov cərimə zərbəsindən baxımlı qola imza ataraq "qırmızı-qaralar"ın üstünlüyünü iki topa çatdırıb. 86-cı dəqiqədə "Qəbələ"nin futbolçusu Omar Hanı ikinci sarı vərəqəni alaraq meydandan qovulub.

Paytaxt klubunun gürcüstanlı legioneri Davit Volkov 45+4-cü dəqiqədə fərqi azaltmağa müvəffəq olub.

Bu nəticədən sonra xallarının sayını 25-ə çatdıran "Qəbələ" ikinci pilləyə yüksəlib. "Zirə" 22 xalla üçüncü sıradadır.

Qeyd edək ki, günün digər matçında "Neftçi" "Sumqayıt"la qolsuz bərabərə qalıb. İlk oyun günündə "Keşlə" evdə "Səbail"lə 2:2 hesablı heç-heçəyə razılaşıb. "Qarabağ" isə "Sabah"ı darmadağın edib - 5:1.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər