UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsi Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Polşa "Legiya"sını cəzalandırıb.
Teleqraf.com qurumun rəsmi saytına istinadən xəbər verir ki, buna Varşava təmsilçisinin evdə İtaliya "Napoli"sinə 1:4 hesabı ilə uduzduğu Avropa Liqasının qrup matçında yerli azarkeşlərin priotexniki vasitələrdən istifadə etməsi səbəb olub.
Nəticə klub 40 000 avro məbləğində cərimələnib.
Qeyd edək ki, sözügedən qarşılaşmada "Legiya"nın yeganə qolunu Mahir Emreli vurub.