12 Fevral 2022 23:58
749
12 Punto 14 Punto 16 Punto 18 Punto

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabidə keçirilən futbol üzrə klublararası dünya çempionatının qalibi müəyyənləşib.

Teleqraf.com xəbər verir ki, bu İngiltərənin "Çelsi" klubudur. London təmsilçisi həlledici görüşdə Braziliyanın “Palmeyras” komandasını məğlub edib.

Görüşdə hesabı "Çelsi" klubu matçın 55-ci dəqiqəsində açıb. Romelu Lukaku fərqlənib. Doqquz dəqiqə sonra “Palmeyras” klubu hesaba tarazlıq gətirib. Hakimin təyin etdiyi penaltini Rafael Veiga dəqiq yerinı yetirib. Qalan dəqiqələrdə hər iki komandanın cəhdlərinə baxmayaraq hesab dəyişilməyib.

Qalibi müəyyənləşdirmək üçün hər biri 15 dəqiqədən ibarət iki əlavə vaxt oynanılıb.

İkinci əlavə vaxtın sonuna yaxın (117-ci dəqiqə) Kay Havertz 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirərək komandasının vacib qoluna imza atıb. Beləliklə, "Çelsi" klubu tarixində ilk dəfə klublararası dünya çempionatının qalibi olub.

Turnirin üçüncü yer uğrunda matçında isə "Əl-Hilal" klubu "Əl-Əhli" komandasına böyük hesabla məğlub olub - 4:0.

Klublararası dünya çempionatının ötənilki qalibi Almaniyanın “Bavariya” komandası olub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər