13 Fevral 2022 21:28
888
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə "Diyarbakırspor" və "Yeni Muş" komandaları arasında həvəskar liqa matçında futbolçular arasında kütləvi dava düşüb.

Teleqraf.com xəbər verir ki, insident ilk hissə başa çatdıqdan sonra baş verib. Yalnız polislərin müdaxiləsindən sonra oyunçuları sakitləşdirmək mümkün olub.

Daha sonra hadisəyə azarkeşlər qarışıblar. Fanatların tribunadan meydana atdığı oturacaqlar hüquq-mühafizə orqanlarının bəzi əməkdaşlarına dəyib. Nəticədə 4 nəfər yaralanıb, 2 tərəfdar isə saxlanılıb.

Hadisənin səbəbi hələlik bəlli deyil.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər